Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yeni abad həyət sakinlərin istifadəsinə verildi+VİDEO

05 mart 2019 | 11:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi Xətai rayonunda da uğurla davam edir.

https://www.facebook.com/panah.imanov.3/videos/10157161728774433/UzpfSTc4MzE2NDQzMjoxMDE1NzE2MTc1MTI5OTQzMw/

Martın 4-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonunun Zığ yolu, 9 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə mini-futbol, voleybol və basketbol meydançaları, 6 idman qurğusu, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, o cümlədən 19 oturacaq quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzinin təmin edilməsinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idman məşğələlərinə marağın yaradılmasına nail olmaqdır. Həmçinin ərazidə fəvvarə tikilib, “Şəhidlər kompleksi” bərpa edilib.

Sakinlərin istəkləri nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Sahəsi 13 min kvadratmetr olan həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 5 min kvadratmetrdə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on yeddinci həyətdir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

 

 

 

Keçidlər