Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Azərbaycan kinosu inciləri” adlı müsabiqə keçirilib

14 mart 2019 | 11:00

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının  5.4.3 bəndinə əsasən  Mədəniyyət və incəsənət, rəssamlıq, musiqi, rəqs, kino,ədəbiyyat, foto, memarlıq, teatr və s. sahəsində gənc istedadlar üçün nəzərdə tutulmuş festival, müsabiqə və digər tədbirlərin təşkili məqsədilə Xətai rayonunda mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Rayonun  171 nömrəli tam orta məktəbində rayon  məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Azərbaycan kinosu inciləri” adlı müsabiqə də bu qəbildəndir .

Müsabiqədə 6-11-ci sinif şagirdlərinin iştirakı ilə hər bir məktəb komandası tərəfindən milli kinolarımızdan səhnəciklər nümayiş olunmuşdur. Müsabiqənin nəticələrinə görə 55 və 261 nömrəli tam orta məktəblərin komandaIarı birinci  yeri, 204 nömrəli tam orta məktəbin komandası  ikinci yeri, Humanitar Fənlər Təmayüllü məktəb liseyin komandası isə üçüncü  yeri tutmuşdur. 

Keçidlər