Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ABADLAŞDIRMA, TƏMİZLİK, YAŞILLAŞDIRMA İŞLƏRİ İLƏ BAĞLI İMƏCİLİK KEÇİRİLİB.

16 mart 2019 | 11:00

Xətai rayonunda Novruz bayramı ərəfəsində davam edən abadlaşdırma, yaşıllaşdırma, təmizlik tədbirləri çərçivəsində 16.03.2019-cu il tarixdə rayonun Naximov küçəsində  iməcilik keçirilib.

İməcilik çərçivəsində təmizlik və  abadlıq  işləri aparılıb, səkilər təmir olunub, asfalt örtüyü vurulub.

Əraziyə gələn rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Rafiq Quluyev və Milli Məclisin deputatı Hüseynbala Mirələmov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Milli musiqi ifaçılarının müşayət etdiyi bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcilikdə rayonun təsərrüfat xidmətlərinin kollektivləri və ərazidə yaşayan sakinlər   tərəfindən 400 ədəd zeytun və 200 ədəd şam ağacı əkilib.

Sonda tədbir iştirakçıları üçün bayram süfrəsi açılıb.
 

 

Keçidlər