Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun orta ümumtəhsil məktəblərində Novruz bayramı münasibətilə təntənəli tədbirlər keçirilib.

18 mart 2019 | 11:00

Xətai rayonunun orta ümumtəhsil məktəblərində Novruz bayramı münasibətilə təntənəli tədbirlər keçirilib.

Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirlərdə  müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri  iştirak ediblər.

Tədbirlərdə  bayramın tarixi köklərinin çox qədimə dayandığını və mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran qədim bayramlardan olduğu  bildirilib. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğu diqqətə çatdırılıb.

Bayram şənliklərində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi,  idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirlərdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

Keçidlər