Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Novruz şənlikləri təşkil olunub

19 mart 2019 | 11:00

Martın 19-da Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş  İdarəsinin  dəstəyi ilə Xətai rayonundakı Heydər Əliyev parkında və Rahib Məmmədov küçəsindəki "Ana və uşaq" parkında Novruz  Bayramına həsr olunmuş bayram şənlikləri keçirilib.

Bayramın əsas qəhrəmanları Bahar qızı, Keçəl, Kosa və Dədə Qorqudun iştirakı konsertə xüsusi rəng qatıb. Adət-ənənəyə uyğun olaraq  bayram tonqalı qalanıb.

Heydər parkında keçirilən konsertdə tanınmış müğənnilər Nihat Məlik, Rəhman Mirzəzadə, Naili İmran, Məhəmməd Cavadov, Həcər Əkbər, İlqar Sadıxov, Səlim Abbasov, Orxan İsazadə,Nəzrin Məsməliyeva, Əli Vahidoğlu, “İnci” qrupu, “As” qrupu çıxış ediblər. Çıxışlar sakinlər tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər