Şriftin ölçüsü :

Saytın rəngi :

,,World Harmony’’ Beynəlxalq Klassik Folklor musabiqəsinin qalibləri mükafatlandırıldı

17 aprel 2019 | 11:00

Bakı şəhər Mədəniyyət Baş idarəsinin Xətai rayonu S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində Gənc musiqiçilərin ,,World Harmony’’ Beynəlxalq Klassik Folklor musabiqəsində yer qazanan şagirdlərinin mükafatlandırılması mərasimi  keçirilib.
Tədbirdə Baş idarənin təhsil şöbəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, Baş məsləhətçi Mehriban Qurbanova, Xətai rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov və əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov da iştirak ediblər.
Şagirdlərə  qanon ixtisası üzrə Həsənzadə Jaləyə 1- ci yer, qarmon ixtisası üzrə Gözəlli Dürdanəyə 2- ci yer, həmçinin digər şagirdlərə müxtəlif nominasiyalar üzrə diplomlar təqdim edilib.
Qaliblər Xətai rayonun İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə də təltif olunublar.
Tədbir konsert proqramı ilə yekunlaşıb.

Keçidlər