Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Humanitar Fənlər təmayüllü liseydə “Mənalı ömrün izi ilə” adlı tədbir keçirildi

04 may 2019 | 11:00

03.05.2019-cu il tarixdə Humanitar Fənlər təmayüllü liseydə rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər rayon İcra hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov və liseyin direktoru Nəzakət Əsgərova çıxışlarında qeyd etdilər ki ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıq göstərib. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat,  elm, təhsil, mədəniyyət, səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.
Tədbir lisey şagirdlərinin hazırladıqları bədii hissə ilə davam etdi.

Keçidlər