Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 9 may-II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

10 may 2019 | 11:00

09.05.2019-cu il tarixdə Xətai rayonu ərazisində yerləşən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov adına parkda və Əhmədli qəsəbəsində, Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış “Naməlum əsgər” abidə kompleksinin önündə II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti nümayəndələri, Böyük Vətyən Müharibəsi veteranları, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak edirdilər

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində  SSRİ-də çıxarılan neftin 69%-ni Bakı vermişdi.   Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır.
Digər çıxış edənlər  ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışlar. Veteranlara bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir və Qələbə günü Azərbaycanda hər il bayramsayağı qeyd olunur.
Tədbirdə çıxış edən Xətai rayon Veteranlar Təşkilatının sədri Nəcibə Məhərrəmova veteranlara göstərilən diqqət və qayğıya görə veteranlar adından minnətdarlığını bildirmişdir.
Tədbir rayon məktəblilərinin hazırladığı ədəbi-bədii hissə ilə davam edib.

Keçidlər