Şriftin ölçüsü :

Saytın rəngi :

55 nömrəli məktəbdə tədbir keçirildi

17 may 2019 | 11:00

Xətai rayonu 55 nömrəli tam orta məktəbdə ADPU-nun texnologiya tədrisi metodikası kafedrasının baş müəllimi, pedaqoji rəhbər Əsmət Teymurovanın rəhbərliyi altında Fizika və texnologiya fakültəsinin təcrübəçi tələbələri ilə birlikdə tədbir keçirilib.

Tədbirdə ADPU-nun texnologiya tədrisi metodikası kafedrasının müdiri dosent Səadət Musayeva, kafedra müəllimləri, YAP Xətai rayon təşkilatı aparatı rəhbəri Mayıl Kərimov, Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aytən Sadıqova, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak edirdilər.

Şagirdlərin əl işlərindən ibarət olan sərgi qonaqların marağına səbəb oldu. Təcrübə müddətində şagird-tələbə əməkdaşlığının nəticəsi olan ədəbi-bədii tədbir qonaqlarda xoş təəssüratlar oyatdı.

 

Keçidlər