Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNİDƏ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLDİ

22 may 2021 | 11:00

Xətai rayon İcra Hakimiyyətində Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev, Xətai rayon İcra hakimiyyətinin, rayon və qəsəbə bələdiyyələrinin məsul şəxslərinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun Məhəmməd Hadi küçəsində  fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Məlumat verilmişdir ki, son dövrlərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində paytaxtımız günü-gündən gözəlləşir. Artıq Bakı gözəlliyi ilə dünyanın heç bir paytaxt şəhərindən geri qalmır, əksinə çoxlarından irəlidədir. Aparılan abadlıq işləri Xətai rayonunda da uğurla həyata keçirilir. 

     

   İcra başçısı ölkə Prezidenti İlham Əliyevin 29 yanvar 2021-ci il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan, Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 7.1.22. bəndində əksini tapan “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi məsələsindən də söz açıb. Rayon rəhbəri çıxışında “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradıldığını qeyd edib. 6 ildir ki, fəaliyyət göstərən qurumun yaradılmasında məqsədin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək olduğunu vurğulayıb. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini söyləyib. İcra başçısı bildirib ki, “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və ən əsası, satışın təşkili ilə və avadanlıq ilə təmin edir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” mərkəzlərinin sahibkarlara öz məhsullarını satmaları üçün geniş imkanlar açdığını qeyd edən rayon rəhbəri onları dövlət tərəfindən yaradılan bu imkandan səmərəli istifadə etməyə çağırıb, bununla bağlı tövsiyələrini verib. 

 Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər.

  İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.

R  ayon ərazisində müxtəlif sahələr üzrə fəailiyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması üçün Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.

 

     Bu istiqamətdə aparılan işlərin davamı olaraq keçirilən görüşdə rayonun Məhəmməd Hadi küçəsi boyunca fəaliyyət göstərən ticarət və xidmət obyektlərinin sahibləri ilə  küçənin ümumi estetik görünüşünü təmin etmək və müasir standartlara uyğunlaşdırmaq məqsədi ilə layihələr təklif olundu və müzakirələr aparıldı.

Keçidlər