Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib

30 may 2019 | 11:00

Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib. İştirakçılar əvvəlcə rayonun Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
      Sonra YAP Gənclər Birliyinin sədri müavini Aliyə Ağrılının görülmüş işlər barəsində  hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında rayon təşkilatı Gənclər Birliyinin fəalları Orxan Bayramov,  Aliyə Orucova,  Elman Aslanov  çıxış edərək  keçən müddət ərzində birliyin işini qənaətbəxş hesab ediblər.
  Konfransda YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Rafiq Quluyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Əhmədli və başqaları  çıxış edərək gənclərin Yeni Azərbaycan Partiyası sıralarında fəaliyyətindən, cəmiyyətimizdə ictimai-siyasi şüurun formalaşmasında rolundan və müxtəlif sahələrdə əldə etdikəri nailiyyətlərdən, Heydər Əliyev ideyalarına sədaqətindən, İlham Əliyev siyasətinə dəstəyindən söz açaraq gənclərə öz tövsiyələrini verdilər.
      Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin tərkibi müəyyənləşdi. Eyni zamanda, səsvermə nəticəsində Orxan Bayramov YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi. Həmçinin YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndələr də müəyyənləşdirildi.

 

Keçidlər