Xətai rayonunda mütəmadi olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun G. Mehmandarov küçəsi boyunca yenidənqurma və abadlaşdırma işləri aparılır.
Yolboyu ərazilərdə sakinlər tərəfindən qanunsuz olaraq hasarlanmış ərazilər, yöndəmsiz tikililər sökülür, yaşıllıq zolaqları bərpa edilir, ağaclara aqrotexniki qulluq edilir, yaşıllıq zolaqlarının və ağacların sulanması üçün su xətləri çəkilir.