Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirilib

29 iyun 2019 | 11:00

Xətai rayonunda   ekoloji tarazlığın qorunması istiqamətində müxtəlif layihələr reallaşdırılır.

 29.06.2019-cu il tarixdə rayonda ekoloji tarazlığın qorunması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən işlərin davamı olaraq rayonun bir sıra küçə və prospektlərində ümumrayon iməcliyi keçirilib.

Aksiyada rayonun idarə və təşkilatları, könüllülər, fəal gənclər, ümumilikdə 300-dən çox insan iştirak edib. Ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən aksiya zamanı   ərazilər məişət tullantılarından təmizlənib,  yay mövsümünə xas olan yanğın təhlükəsi yaradan quru otlar yığılaraq ərazidən daşınıb, ağaclara qulluq göstərilib.

Keçidlər