Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Hadi və Sarayevo küçələrində təmizlik və abadlıq işləri davam edir

01 avqust 2019 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Xətai  rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Görülən işlər çərçivəsində rayonun Məhəmməd Hadi və Sarayevo küçələrində yolboyu yerləşən qeyri-qanuni qoyulmuş və yöndəmsiz köşklər müvafiq texnikalar vasitəsilə götürülərək ərazidən kənarlaşdırılır. Köşklərin yerləşdiyi ərazilər abadlaşdırılaraq sakinlərin rahat gediş-gəlişi təmin edilir.

Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək  küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülür. 

 

 

 

Keçidlər