Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkası yeni ünvanda fəaliyyətə başladı

28 sentyabr 2019 | 11:00

Xətai rayonu Məzahir Rüstəmov küçəsində 12 ildən artıq müddətdə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkası rayonun Gəncə prospekti 20 ünvanına köçürülmüşdür.

Yeni ünvanda inşa olunmuş, müasir tələblərə cavab verən yarmarka daha geniş ərazini əhatə edir.Yeni məkanda satıcıların öz mallarını rahat yerləşdirməsi və alıcıların daha rahat hərəkəti üçün zəruri şərait yaradılmışdır. 

Məkan baxımından  əhalinin gediş gəlişinin rahat olması üçün daha əlverişli olan Nəsrəddin Tusi küçəsi ilə Gəncə prospekti arasında yerləşən yarmarka 4000 kv.m ərazini əhatə edir. Yarmarkada həmçinin sanitar qovşaq və iaşə obyektləri inşa olunmuşdur.

Yeni yarmarkada mövsümə uyğun əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarının artırmaq, süni qiymət artımı və möhtəkirliyin qarşısını almaq üçün kənd təsərrüfatı mallarının satışı həyata keçirilir.  Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba və Şəmkir rayonlarından gətirilən məhsullarla yanaşı, müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunub.Yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları məhsulların sanitar-gigiyenik vəziyyətini diqqətlə yoxlayırlar.Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, giriş və çıxışlarda nəzarət tərəziləri qoyulub, lövhələrdə qiymətlərin bazarla müqayisəsi göstərilib.

 

Keçidlər