Şriftin ölçüsü :

Saytın rəngi :

Məzahir Rüstəmov küçəsində abadlıq işlərinə start verilib

08 oktyabr 2019 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Xətai  rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Görülən işlər çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən məişət obyektlərinin qarşısındakı qeyri-qanuni, yöndəmsiz artırmalar sökülərək  ərazilər abadlaşdırılır, səkilərə daş düzülür, yaşıllıq sahələti salınaraq sakinlərin rahat gediş-gəlişi təmin edilir.

Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək  küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülür. 

 

 

Keçidlər