Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

14 oktyabr 2019 | 11:00

14 oktyabr  2019-cu il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda   rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri  iştirak edib.

Qəbulda ümumilikdə 19 vətəndaş iştirak etmişdir. Sakinlər  tərəfindən əsasən, sosial və  kommunal məsələlər  ilə bağlı müraciətlər olunmuşdur.

   Vətəndaşların  müraciətləri  diqqətlə dinlənilmiş, və onlara qaldırdıqları məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur.

Həmçinin sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş,  görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
   Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

 

Keçidlər