Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ordudan tərxis olunan gənclərlə görüş keçirilib.

24 oktyabr 2019 | 11:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində dövlət başçısının məlum sərəncamı ilə ehtiyata buraxılan əsgərlərlə görüş keçirilib. Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə ehtiyata buraxılanlara hərbi biletlər paylanılıb.
    Tədbirin keçirilməsində əsas məqsəd ordu sıralarından tərxis olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətini diqqətdə saxlamaqdır. Xətai rayon icra hakimiyyətinin başçısının müavini Etibar Əhmədov silahlı qüvvələrimizin qüdrətindən, dinamik inkişaf edən ölkəmizdə  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən danışdı. Bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müasir mütəşəkkil ordu yaratmaqla Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən birinə nail oldu. Ulu öndərin rəhbərliyi altında qısa müddətdə Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində isə hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.    

Gəncləri təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəis müavini İsmayıl Abbasov və Qarabağ Müharibəsi Veteranları İctimai  Birliyinin sədri  Sabit Kazımov ordu quruculuğunda görülən işlərdən danışdılar. Vurğuladılar ki, dövlət başçısının məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi olaraq  indi Azərbaycan Silahlı Qüvvvələri güclü maddi-texniki bazası, şəxsi heyəti yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir.  Taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil artması da bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir. Artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın  müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır .
      Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətdən razılıqlarını bildirdilər. Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyyər verildi.

Keçidlər