Şriftin ölçüsü :

Saytın rəngi :

Məzahir Rüstəmov küçəsində abadlıq işləri davam edir

25 oktyabr 2019 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Xətai  rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Görülən işlər çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən məişət obyektlərinin qarşısındakı qeyri-qanuni, yöndəmsiz artırmalar sökülərək  ərazilər abadlaşdırılıb, səkilərə daş düzülüb, ağaclarda budama işləri aparılıb, yaşıllıq sahələri salınaraq sakinlərin rahat gediş-gəlişi təmin edilib.

Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək  küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülüb. 

Keçidlər