Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları ilə göruş keçirildi.

13 noyabr 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən artıq bir neçə ildir ki, respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir. Belə ki, Xətai rayonunda ölkə başçısının tapşırığına əsasən 13 noyabr 2019-cu il tarixdə “Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncə-Şəmkir-Göygöl şəhərlərinə yola salınacaq.

Tur-aksiya çərçivəsində şagirdlər Gəncə-Şəmkir-Göygöl   şəhərlərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.

Bununla bağlı  tur aksiyanin iştirakçıları və onların valideynləri Xətai rayon İcra Hakimiyyətinə dəvət olunmuş, turun mahiyyəti ilə bağlı məktəblilərə və onların valideynlərinə məlumat verilmişdir.

Valideynlər və tur aksiya iştirakçıları onlara bu imkanın yaradılmasına görə Ölkə başçısı İlham Əliyevə minnətdarlıq etmişlər.

Keçidlər