Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

06 dekabr 2019 | 11:00

Bu gün mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi  ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın  hər yerində  olduğu kimi Xətai  rayonunda da təntənəli şəkildə təşkil edilib.

Ağacəkmə aksiyasında Xətai rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Quluyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən aksiyada 2000-dən çox insan iştirak edib və 8500 ədəd  müxtəlif növ ağaclar əkilib.

Bayram əhval ruhiyəsində keçən ağacəkmə aksiyasında  iştirakçılar üçün çay süfrəsi təşkil edilib.

 

Keçidlər