Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Nağıl” müsabiqəsi keçirilmişdir

27 dekabr 2019 | 11:00

 86 nömrəli tam orta məktəbdə Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş (“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”) Dövlət Proqramının 5.4.3. bəndinə əsasən Mədəniyyət və incəsənət (rəssamlıq, musiqi, rəqs, kino,ədəbiyyat, foto, memarlıq, teatr və s.) sahəsində gənc istedadlar üçün festival, müsabiqə, yay məktəbi, ustad dərsləri, yaradıcılıq axşamları, konsert proqramları və digər tədbirlərin təşkil olunması məqsədi ilə Xətai rayon orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Nаğıl” müsаbiqəsi keçirilmişdir.

Müsabiqədə 1-4-cü sinif şagirdlərinin iştirakı ilə hər bir məktəb komandası tərəfindən 15 dəqiqəlik səhnəciklər nümayiş olunmuşdur. Müsabiqənin nəticələrinə görə Humanitar Fənlər Təmayüllü məktəb liseyin, 261 nömrəli tam orta məktəbin komandaları birinci yeri, 98, 56 nömrəli tam orta məktəblərin komandaları ikinci yeri, 287 nömrəli Zəkalar liseyin, 171 nömrəli tam orta məktəbin komandaları isə üçüncü yeri tutmuşdur. 

Keçidlər