Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş konsert keçirildi+VİDEO

29 dekabr 2019 | 11:00

Dekabrın 28-də Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə   Heydər Əliyev adına istirahət parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirildi.

https://www.facebook.com/173778893157406/videos/2531872520427085/?eid=ARCEMtvxLLj7SswgCubJcW-kaMsgtlLjyUIvUP6EUWNVEWPDTyD80nTgYLDQiHvG8nwXQmWujBXWoLyT
Tədbirdə rayon idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri,rayon ictimaiyyəti və sakinlər iştirakı etdilər.
İlk olaraq tədbirin aparıcısı- tanınmış şoumen Murad Dadaşov qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü kimi böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirdi. Bu bayramın ildən-ilə daha geniş vüsət aldığı və daha geniş şəkildə keçirildiyi qeyd edilərək, Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəmdən bəhs edildi.
Tədbir iştirakçılarına 2020-ci il ərzində ölkəmizdə aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verildi. Böyük çoşqu ilə keçirilən konsert proqramı tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Bir birindən maraqlı ifalar, möhtəşəm rəqslər, sakinlərdə yüksək əhval-ruhiyə yaratdı.
Konsert atəşfəşanlıqla yekunlaşdırıldı.

 

Keçidlər