Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə hazırdır...+VİDEO

29 dekabr 2019 | 11:00

Şəhərimizin  sakinlərində bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə  Xətai  rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında yeni ilə hazırlıq işləri görülüb. Rayon ərazisində  tərtibat və bəzək işləri aparılıb.  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında,   Yusif Səfərov, M.Hadi  və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və dekorasiyalar quraşdırılıb.

https://www.facebook.com/173778893157406/videos/1350157328519984/?v=1350157328519984
Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka möhtəşəm görünüşü ilə  körpələri sevindirir. Parkın gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılır.

 

 

Keçidlər