Şriftin ölçüsü :

Saytın rəngi :

G.Mehmandarov küçəsi 74 ünvanında abadlıq işlərinə başlanıldı

19 yanvar 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun G.Mehmandarov küçəsi 74 ünvanında abadlıq işlərinə başlanılıb.

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülür, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılır.  Həmçinin uşaq əyləncə elementlərinin, idman qurğularının quraşdırılması, səkilərə daş döşənməsi,  sakinlərin istirahəti üçün  skamyalar  quraşdırılması, yaşıllıq örtüyünün salınması, ətraf binalarda təmir işlərinin aparılması   nəzərdə tutulur.

Keçidlər