Şriftin ölçüsü :

Saytın rəngi :

Sadıqcan küçəsi 4 ünvanda abadlıq işləri davam edir

23 yanvar 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Sadıqcan  küçəsi boyunca da irimiqyaslı yenidənqurma və abadlıq işləri aparılır.

Sadıqcan küçəsi 4 ünvanında yeni abad məhəllənin salınması çərçivəsində 3 binanın qarşısında yerin relyefinə uyğun olaraq 4 ədəd beton pilləkən yığılıb, uşaqlar üçün 100 kv.m. sahəsi olan  əyləncə meydançası, idman elementlərinin  quraşdırılması, səkilərə daş döşənməsi,  sakinlərin istirahəti üçün  skamyalar və 4 ədəd söhbətgahın quraşdırılması, yaşıllıq örtüyünün salınması, ətraf binalarda təmir işlərinin aparılması  davam etdirilir.

Keçidlər