Şriftin ölçüsü :

Saytın rəngi :

İnqilab İsmayılov küçəsi 56, 58 saylı ünvanında abadlıq işləri sürətlə davam edir

10 mart 2020 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun  İnqilab İsmayılov küçəsi 56, 58 saylı ünvanında abadlıq işləri sürətlə davam edir.

Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülüb, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılıb. Hazırda yaşıllıq zolağının salınması, hərəkət hissələrinin qəmbər daşlarla döşənməsi, uşaq oyun meydançalarının, oturacaq və söhbətgahların quraşdırılması həyata keçirilir. Binanın fasadı, dam örtüyü, zirzəmisi, blok giriş qapıları təmir olunur. Parkda idman və uşaq oyun meydançaları ilə yanaşı, velosiped zolağının  da salınması nəzərdə tutulur. Həmçinin binanın önündən keçən avtomobil yolu genişləndirilir, kənarlarına bordyorların düzülür, piyada səkiləri çəkilir.

Məlumat üçün qeyd edək ki, hazırda rayon ərazisində 14 ünvanda yaşayış binalarının həyətlərinin abadlaşdırılması işləri aparılır. Burada çalışanların  əksəriyyəti  işsizlik problemi ilə üzləşən və DOST iş mərkəzi tərəfindən işlə təmin olunaraq rayon ərazisində gedən abadlıq- quruculuq işlərinə cəlb olunan  rayon sakinləridir. Sonradan həmin şəxslər salınan  parklara  və yaşıllıqlara nəzarət və  qulluq üçün burada işini davam etdirəcəklər. 

 

 

 

Keçidlər