Şriftin ölçüsü :

Saytın rəngi :

Naximov və Məzahir Rüstəmov küçələrində abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir

20 may 2020 | 11:00

 Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının  təmin edilməsi  istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən  davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan  küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq  yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

Hazırda qayonun  Naximov və Məzahir Rüstəmov   küçələrində  həmişəyaşıl ağacların əkilməsi və yaşıllıq örtüyünün salınması davam etdirilir. Həmçinin, yararsız tikililər və qanunsuz çəpərlənmələr sökülür, yolboyu yerləşən iaşə və ticarət obyektlərinin fasadları müasir estetik tələblərə uyğun olaraq yenilənir, yeni səki daşları düzülür. Salınan yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi, sulanması,üçün yeni su xətləri çəkilir.

 

 

Keçidlər