Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon sakinləri: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni ürəkdən bəyənirik və hər zaman Prezidentimizin yanındayıq”

20 may 2020 | 11:00

Bu gün ölkəmizdə geniş vüsət almış korrupsiyaya qarşı mübarizə tədbirləri cəmiyyətimiz tərəfindən Ölkə Prezidenti cənab İlham Əliyevin son üç il ərzində davamlı olaraq həyata keçirdiyi və həyatımızın bütün sahələrini əhatə edən əsaslı islahatların ən effektiv təzahürləri və ya tərkib hissələri kimi qəbul edilir. Qeyd olunmalıdır ki, bu tədbirlərin gedişində  müşahidə etdiyimiz qətiyyət və prinsipiallıq, xalqın və dövlətin mənafeylərinə zidd hərəkət edənlərə qarşı, hətta onların hakimiyyətin yüksək eşalonlarında təmsil olunduqları halda belə, qanunun ən sərt formada tətbiq edilməsi cəmiyyətin bütün sosial təbəqələrində vətəndaşlar tərəfindən birmənalı olaraq alqışlanır və dəstəklənir. Dövlət başçısına ünvanlanan minlərlə məktublarda insanlarımız aparılan islahatlara görə təşəkkürlərini bildirir, korrupsiyaya qarşı bu amansız mübarizədə sonadək  öz Prezidentlərinin yanında olacaqlarını bəyan edirlər.

O cümlədən, son günlər ölkədə cərəyan edən hadisələr Bakının Xətai rayonunda da geniş ictimai müzakirələrə səbəb olmuşdur. Dövlət qurumları, ictimai təşkilatlar və sadəcə vətəndaşlar sosial mediada fikirlərini bölüşür, baş verənlərə münasibətlərini bildirirlər. Aşağıda təqdim etdiyimiz materiallarda da həmin rəy və münasibətlərdən bəziləri öz əksini tapmışdır.

Əlillər, veteranlar və şəhid ailələri talançıların layiqli cəza almalarını tələb edirlər.

Bu tələb öz əksini Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahovun sosial şəbəkələrdə yayımlanan bəyanatında da öz əksini tapıb. Bəyanatda deyilir: “Son zamanlar ölkə gündəmini bürüyən İcra Başçılarının, Medeniyyət Nazirliyinin yüksək vəzifəli kadrlarının, icra nümayəndələrinin həbsi məsələsi hamını narahat edir. Eləcə də həssas təbəqələr olan Şəhid Ailələrini, Qarabaq Qazilərini və veteranları. Prezident İlham Əliyevin, Vitse-Prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun bu kateqoriyadan olan insanlara, aztəminatlı təbəqələrə koronavirusun dünyada tüğyan etdiyi zamanda etdikləri yardımları, imkansız ailələrə ayrılan 190 manatı və ictimai işlərə cəlb olunmaqla onların şəraitlərinin cüzi də olsa dəyişməyə yönələn köməyi mənimsəyən məmurlara qarşı görülən ciddi tədbirləri, həbsləri biz, Azərbaycan xalqı dəstəkləyirik. Belə harınlamış məmurların bu şəkildə cəzalanması təqdirəlayiqdir. Yəqin ki, digər belə məmurları da Dövlət Təhlükəsizlik Xidməti araşdırıb, onların da öz layiqli cəzalarına catmasında xalqa, dövlətə kömək edəcək... Nə qədər ki, xalqın rifahının yaxşılaşdırılması ucun ayrılan milyonlarla pulları mənimsəyərək gözü doymayan məmurlar,  belə acgöz, qudurğan ünsürlər var biz nə Qarabağı görəcəyik, nə də istədiyimiz inkişafa nail olacayıq. Dəfələrlə öz çıxışında belə hallara toxunan Prezidentin tapşırıqlarına məhəl qoymayan məmurların hamısı öz layiqli cəzalarına çatmalıdırlar. Olkə başçımızdan xahişimiz belə məmurların hamısının cəzalandırılmasıdır.”

Milli Qəhrəmanın valideynləri Prezidentə təşəkkür etdilər

Xətai rayonunun ən tanınmış sakinlərindən olan Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun valideynləri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və Rəfiqə xanım Rüstəmova da ölkədə gedən proseslərə öz münasibətlərini bildirmişlər. Dövlət başçısına ünvanladıqları məktubda Rüstəmovlar eyni zamanda həm koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən zəruri qabaqlayıcı tədbirlərə, həm korrupsiya ilə mübarizə tədbirlərinə münasibət bildirərək, hər iki istiqamətdə Ölkə Prezidenti tərəfindən atılan addımları olduqca yüksək qiymətləndirirlər: “Pandemiyaya qarşı mübarizənin bütün mərhələlərində Siz Azərbaycan vətəndaşlarının, sadə insanların yanında oldunuz, onların sağlamlıqlarının qorunması və təhlükəsizliklərinin təmin edilməsini, sosial problemlərinin həllini öz ali vəzifəniz kimi qəbul etdiniz, çalışdınız ki, kasıb, zəhmətkeş, aztəminatlı ailələr bir tikə çörəyə möhtac qalmasınlar. Belə bir şəraitdə bir sıra rayonların icra rəhbərlərinin və onların yerli nümayəndələrinin korrupsiya və rüşvətxorluğa qurşanması hətta Heydər Əliyev Fondunun aztəminatlı ailələr üçün göndərilmiş humanitar yardımı mənimsəmələri, karantin rejiminin tələblərini pozaraq cinayət işləmələri Milli Qəhrəman valideyni olaraq mənim və əminəm ki, Azərbaycan cəmiyyətinin bütün sağlam qüvvələrinin qəzəbinə və nifrətinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında Dövlət Təhlükəsizlik Xidmətinin, prokurorluq orqanlarının korrupsiya və rüşvətxorluğa, eyni zamanda digər cinayətkarlıq hallarına qarşı apardıqları mübarizəni ürəkdən bəyənirik, müdafiə edirik. Cənab Prezident, biz həmişə Sizin yanınızdayıq.”

Mövcud vəziyyət Xətai RİH-də keçirilmiş videomüşavirədə də müzakirə olundu

Koronavirusla mübarizə, antikorrupsiya tədbirləri çərçivəsində aparılmış həbslər və digər mühüm hadisələr may ayının 14-də Xətai rayon İcra Hakimiyyətində  rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev,  aparatın şöbə müdirləri, rayon İcra Hakimiyyəti başçısının  sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə keçirilmiş videomüşavirədə müzakirə olunub. Müşavirədə Xətai RİHB Rafiq Quluyev  çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə COVİD 19 pandemiyasına qarşı aparılan mübarizənin öz bəhrəsini verdiyini bildirib. Qeyd olunub ki, pandemiya dövründə bir çox ölkələrdə iqtisadi böhranın yarandığına baxmayaraq respublikamızda heç bir sosial layihə dayandırılmamış, cənab İlham Əliyevin göstərişi ilə aztəminatlı ailələrə dövlət qayğısı davam etdirilmişdir. R.Quluyev son günlərdə vəzifə səlahiyyətlərindən öz mənafelərinə uyğun istifadə edən şəxslərin qanunla cəzalandırılmasına də münasibət bildirərək vurğulayıb ki, ölkə başçısının qarşıya qoyduğu tapşırıqların icrasında hər kəs dürüstlüyə və fəaliyyətində şəffaflığa riayət etməlidir. Həmçinin müşavirənin gedişində son günlər keçirilən bütün rəsmi tədbir və görüşlərdə dövlət başçımız cənab İlham Əliyev tərəfindən mühüm mesajların, tapşırıq və tövsiyyələrin verildiyi xüsusilə qeyd olunub.                                                                                                                                                                                                                    

 

Şükür Həsənov ,       Gununxeberi.az 

Keçidlər