Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda COVİD-19 ilə mübarizəyə dair təbliğat işləri davam edir

01 iyun 2020 | 11:00

Xətai rayonunda COVİD-19 ilə mübarizə üzrə nəzərdə tutulan tədbirlərlərlə bağlı maarifləndirmə və təbliğat işləri həyata keçirilir.

Xətai rayonunda  ticarət, iaşə və xidmət obyektlərində TƏBİB tərəfindən hazırlanmış metodik göstərişlərdə qeyd olunmuş zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə təbliğat və maarifləndirmə işləri həyata keçirilir. Tədbirlər çərçivəsində  xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılır, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır.
Diqqətə çatdırılır ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tədbirlərin görülməsi labüddür. Habelə, xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilir.

 

 

Keçidlər