Şriftin ölçüsü :

Saytın rəngi :

İşğalçı Ermənistanda Paşinyan və təmsil etdiyi siyasi qüvvələrə qarşı inamsızlıq gündən-günə artır

20 iyun 2020 | 11:00

Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir.Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər digər tərəfdən Rusiya ilə "qaz anlaşması"nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır.

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri,xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan - Rusiya münasibətləri fonunda baş nazir artıq nə edəcəyini bilmir.Hakim komanda parçalanır istefa dalğaları bütün iqtidarı iflic etməkdədir. Moskvanın Ermənistana Paşinyanın təklif etdiyi qiymətə qaz satmaq xahişindən imtina etməsi və Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ probleminin mərhələli şəkildə həllinin vacibliyinə diqqət yetirdiyini bəyanatlar Ermənistan rəhbərinin vəziyyətini daha da dərinləşdirib. İşğalçı ölkənin içtimai - siyahı həyatında vəziyyət gərgin olaraq qalmaqdadır. Ermənistanda etirazların ardı arası kəsilmir. Əyalətlərdə narazılıqlar pik həddindədir.

Aclıq,səfalət içində yaşayan bölgə sakinlərinin işsizlik, sosial-məişət qayğıları, vəziyyəti daha da gərginləşdirib. Bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalığları  da sakinlərin səbrini tarıma çəkib. Bunun nəticəsində işğalçı ölkənin 494 kənddən yarısından çoxu boşalıb. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd verdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu onun bacarıqsızlığından , qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün ermənistanda dövlət idarəetmə sistemi xaosa sürüklənir. Ermənistandakı daxili siyasi vəziyyətin gərginləşdiyini sübut edən daha bir fakt yalnız bir günün içində-iyunun 8-də baş nazir Nikol Paşinyanın üç güc strukturunun rəhbərini-Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanı, silahlı qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanı və Ermənistanın polisinin rəisi Arman Sarkisyanı işdən çıxarmasıdır. Bunun ardınca  Ermənistan parlamentində ikinci ən böyük siyasi qüvvənin -132 deputatdan 25-ni təmsil edən "Çiçəklənən Ermənistan" müxalifət partiyasının sədri Qaqik Sarukyan Nikol Paşinyan və hökümətin istefasının vacibliyini bəyan edib.
Artıq Sarukyanın Paşinyanı istefaya çağırması və onu sərt tənqid etməsinə dözməyən Paşinyan onun deputat mandatını əlindən almaqla həbsə atdırdı. Eyni zamanda Ermənistan parlamentində təmsil olunan üçüncü böyük siyasi qüvvə- "işıqlı  Ermənistan" partiyası(17 deputat) da hesab edir ki Ermənistan hökuməti islahatlar aparmaq iqtidarında deyil.
Paşinyan bu dəyişikliklərlə, guya xalqa xidmət etdiyini, yarıtmaz kadrları çıxarıb  yerinə yaxşıları təyin etdiyini nümayiş etdirir,  lakin onun bu cəhdləri də alınmır. Ölkədə elə vəziyyət yarana bilər ki, bütün qüvvələr ona qarşı birləşələr. Artıq  cəmiyyətin bütün təbəqələrində uğursuz inqilabçıya qarşı inamsızlıq gündən-günə artır.
 

Rəhimova Sədaqət Əmir qızı
Xətai rayonu  240 saylı körpələr-evi uşaq bağçasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru

Keçidlər