Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşadətli Azərbaycan Ordusu hər an torpaqlarını azad etməyə hazırdır!

29 iyun 2020 | 11:00

Xətai rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri 
Pənah İmanov

Bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünü qeyd etdik. Təməli 1918-ci ildə qoyulan Azərbaycan Ordusu məhz Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra nizamlı ordu istiqamətində qurulmağa başladı. Bu gün isə möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin səyi və əməyi nəticəsində dünyanın ən güclü orduları sırasındadır. Dəfələrlə Ulu Öndər Heydər Əliyevin və    prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan sülhsevər, dinc yanaşı yaşamağı, iqtisadi inkişafı piroritet seçən bir dövlətdir. Lakin ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı doğma torpaqlarından didərgin salan, BMT və bir sıra beynəlxalq təşkilatların qərar və tələblərinə məhəl qoymadan həyasızcasına işğalçılıq siyasətini davam etdirən mənfur qonşumuz Ermənistanla hələ də müharibə şəraitindəyik.
Ona görə də ordu quruculuğu və hərbi xidmətdə olanların həyat şəraitinin ən yüksək səviyədə təmin edilməsi cənab Prezidentin fəaliyyətində  birinci yerdədir.
Dövlət başçımız  dəfələrlə öz çıxışlarında ordu quruculuğunun dövlətin prioritet məsələsi olduğunu, silahlı qüvvələrin saxlanılmasına ayrılan büdcənin düşmən Ermənistanın dövlət büdcəsindən daim yüksək olduğunu demiş və ordumuzun bugünkü durumu bunun bariz nümunəsidir.
Bu gün Prezidentin göstərişi ilə bütün hərbi hissələr, hərbi şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulub. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb,   Şəxsi heyət  ən yüksək texnologiyalarla təchiz edilmiş hərbi hissələrdə xidmət aparır, dünyanın ən müasir silahları ilə təchiz olunub. Hərbiçilərin və onların ailə üzvlərinin həyat şəraitinin ən yüksək səviyədə təimin olunması üçün ardıcıl işlər görülür.
Silahlı Qüvvələrin yaranmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında ordu quruculuğunun son durumundan, xüsusilə hərbi hissələrin tikintisindən, orada hərbçilər üçün yaradılan şəraitdən danışdı. Dövlətin hərbi qulluqçularının sosial məsələlərini daim diqqət mərkəzində saxladığını, özünün göstərişi ilə uzun müddət qüsursuz xidmət edən 1700 zabitin mənzillə təmin olunduğunu,  cari ilin sonuna qədər isə əlavə daha 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəyini bildirdi.
   Dünyada orduların reytinqlərini tərtib edən bir sıra beynəlxalq qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Qafqazda isə birincidir.
Bu gün hər kəs bilir ki, Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Bu gün artıq dünya iqtisadiyatının inkişafına töhfə verən, sərmayə alan yox,  sərmayə qoyan ölkəyə çevrilib.
Çıxışı zamanı cənab Prezident Beynəlxalq hüquq normalarının kobudcasına pozulmasını qeyd edərək beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipinin üstünlük təşkil etdiyini təəssüflə qeyd etdi. “Ona görə də biz real vəziyyətlə hesablaşmalı və eyni zamanda öz hərbi potensialımızın daha gücləndirilməsinə nail olmalıyıq”.
Eləcə də Hava hücumuna qarşı müasir qurğularımızdan, ordumuzun müasir silah-sursat, texnika ilə təchizatından,  döyüş təyyarələrimizin modernləşdirilməsindən danışan Ali Baş Komandan  böyük sayda hərbi və hərbi-nəqliyyat vertolyotumuzun olduğunu dedi. Bu gün 15 il bundan əvvəl Prezidentin Sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bütün bu işlər öz gücümüzlə, öz iradəmizlə həyata keçirilir. Qazanılmış nailiyyətlərin yüksək  vətənpərvərlik əsasında, vətənə, torpağa, millətə sevgi sayəsində olduğunu bildirən Prezident İlham Əliyev hər bir hərbi hissədə ideoloji tərbiyənin də yüksək səviyyədə təşkil edilməli olduğu bildirdi. Bildirildi  ki, ölkəmizin həm qədim, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Sovet dönəmində  Azərbaycan xalqının düşmənlərinin qəhrəman kimi qələmə verilməsindən, quldur 26 Bakı komissarı dəstəsinin başında dayanan cinayətkar erməni millətçilərinin, o cümlədən Şaumyanın qəhrəman kimi təqdim olunmasından söhbət açdı. Hər kəs bilməlidir  ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Hər bir fərd bugünkü Ermənistanın öz xəritəsində dəyişdirdiyi əski  coğrafi Azərbaycan toponimlərinin əsl adlarını bilməlidir.

   Çıxışı zamanı Dövlət başçısı 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətindən, 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra ona olan münasibətdən söz açaraq bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi, müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar isə qəhrəman kimi qələmə verilirdi.
90-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Lakin tez bir zamanda ölkə daha qorxulu bir təhlükə ilə üzləşdi.  Ölkə  parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşdı.  Hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsinin apardığı səriştəsiz siyasət, xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşdü. Şuşanın işğalı böyük faciə oldu. Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə nəhayət ki, çox şey dəyişdi, dövlət quruculuğunun yeni mərhələsi başladı. Ən əsası isə nizami ordunun yaradılması idi. Bu gün artıq Azərbaycanın torpaqlarını hər an azad etməyə hazır olan rəşadətli ordusu, hər zaman ordusunun yanında olan , ona ruh verən qəhrəman xalqı və düşməndən azad olmuş torpaqlarını Cocuq Mərcanlı kimi  yenidən bərpa edib inkişaf etdirən iqtisadiyyatı var.
Bunun bariz nümunəsi 2016 və 2018-ci illərin hərbi əməliyyatları və ölkəmizin davamlı iqtisadi inkişafı sayəsində yenilənən, çiçəklənən respublikamızdır.
Çıxışı zamanı cənab Prezident bir daha vurğuladı  ki, bu münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Ermənistan isə İşğal edilmiş torpaqlarda ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək;
Ermənistanın müstəqillik tarixi də prinsipcə rüsvayçılıq tarixidir və diktaturadır. Ermənistanın indiki iqtidar dəfələrlə bunu bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur.  Çox təəssüflər olsun ki, Avropa Şurası, ATƏT Ermənistandakı bu diktatura rejiminə səssiz qalır, Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı səslərini çıxarmırlar.
Bu gün Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. 
Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Baş nazirin özü və ailəsi qaçaqmalçılıqla məşğuldur. Qəhrəmanları cinayətkardır, prezidentləri rüşvətxordur. Bütün bunları indiki hakimiyyət açıb tökdü. Bunu biz bilirdik. Amma indi bunu bütün dünya bilir.
        20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.
       Bütün bunları sadalamaqla cənab İlham Əliyev Ermənistanın bugünkü siyasətini bir daha dünyaya bəyan etdi. Gənclərimizi isə öz tarixini dərindən öyrənməyə çağırdı. Dövlət başçısının bütün çıxışları kimi bu proqram xarakterli çıxış da gənclərimizin qarşısında böyük vəzifələr qoyur. Daim Ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı siyasətə sadiq olan Azərbaycan gəncliyi bu gün həm ölkə daxilində, həm də  dünyada öz sözünü deyir. Bilik və bacarığı ilə dünyanı fəth edir.

Keçidlər