Şriftin ölçüsü :

Saytın rəngi :

“2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş sosial aksiya keçirilmişdir

01 iyul 2020 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 30 iyun 2020-ci il tarixində “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş sosial aksiya keçirilmişdir.
“Mənim polisim” adlı sosial aksiya çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının və rayonun fəal gənclərinin iştirakı ilə Xətai rayonunda Covid-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildirmişlər. Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların saglamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə bir təşəkkürdür.

Keçidlər