Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu ərazisində növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb+VİDEO

04 iyul 2020 | 11:00

Xətai rayonunda  küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

https://video.azertag.az/video/97849?fbclid=IwAR21nI_A4oW29h3TdnfqnCK-iulbzd5ux3XZcyuuayH9dbN33nuCKQT0UIs#.XwBCmwaNqLY.facebook

Gün ərzində rayonun Xocalı, Gəncə, Nobel prospektlərində,   Y.Səfərov,  İ.Zülfüqarov, X.Məmmədov, M.Rüstəmov, Neapol, İ.İsmayılov,  M.Hadi  və s. küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılırb küçələr kimyəvi məhlulla xüsusi avtomaşınlarla yuyulub.

Rayonun kommunal xidmətlərinin   əməkdaşları tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb.

Bununla yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Qeyd edək ki, bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaq tövsiyyə olunub.

 

Keçidlər