Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid polkovnik İlqar Mirzeyevin xatirəsinə həsr olunmuş "Mini-futbol" idman növü üzrə Xətai rayon açıq birinciliyi keçirilmişdir

09 sentyabr 2020 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti, Xətai rayon Gənclər və İdman İdarəsi və Bakı 008 Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə şəhid polkovnik İlqar Mirzeyevin xatirəsinə həsr olunmuş "Mini-futbol" idman növü üzrə Xətai rayon açıq birinciliyi keçirilmişdir.

2 yaş qrupu üzrə keçirilən turnirin nəticələrinə görə 2006-2007-cil təvəllüdlü yeniyetmələr arasında I yeri Zirvə FK, II yeri Bakı 008, III yeri Azeri FK komandaları, 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında I yeri Azeri FK, II yeri Qaraçuxur FK, III yeri isə Bakı 008 komandası tutmuşdur.
Bağlanış mərasimində qalib gələn komandalar kubok, medal və diplomlarla təltif edilmişdirlər.

Keçidlər