Şriftin ölçüsü :

Saytın rəngi :

Naximov küçəsi 6 saylı ünvanda asfaltlanma işləri həyata keçirilir

11 sentyabr 2020 | 11:00

Xətai rayonunda  yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində  tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Naximov  küçəsi 6 saylı ünvanda abadlıq və yaşıllaşdırma  işlərindən sonra yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar  istismar müddəti başa çatmış   müxtəlif diametrə malik su və kanalizasiya  xətləri müasir tələblərə uyğun yeniləri ilə əvəzlənib.  

Bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və yekun asfaltlanma həyata keçirilir.

 

Keçidlər