Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhidlərin xatirəsi əbədiləşdirilir

18 fevral 2021 | 11:00

Ölkəmizin hər yerində olduğu kimi Xətai rayonunda da Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Yaxın günlərdə rayonumuzun  Şəhidi Abbasbəyli Həmidin yaşadığı məhəllədə abadlıq-quruculuq işləri aparılmış, xatirə lövhəsi və şəhid bulağının açılışı olmuşdur. 

Növbəti belə layihəyə  rayonun Naximov yaşayış sahəsində start verilib. Belə ki, Xətai rayonundan olan bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə bu ərazidə Şəhidlər Xatirə Kompleksinin inşası üçün hazırlıq işlərinə başlanılmışdır.

Keçidlər