Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri koronavirusa qarşı peyvənd olunublar

22 mart 2021 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri 28 saylı şəhər poliklinikasında koronavirusa qarşı peyvənd olunublar.

 Respublikamızın hər yerində olduğu kimi, Xətai rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Xətai rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və əməkdaşları kampaniyada fəal iştirak edir, əhali arasında marifləndirmə işi aparırlar.

Keçidlər