Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Baş leytenant Abbasbəyli Həmid Cavanşir oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnir keçirildi

09 aprel 2021 | 11:00

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai rayon Gənclər və İdman İdarəsi və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş xüsusi təyinatlı şəhid baş leytenant Abbasbəyli Həmid Cavanşir oğlunun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirildi.

Nəticələrə əsasən İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Həsən Orucov tutub. Aytac Məmmədova ikinci, Allahverdi Həmidov üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Aytac Kərimli, Əsnad Baxışzadə, Fatimə Mirzəliyeva ilk üçlükdə qərarlaşıblar.

Keçidlər