Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq, təmizlik işləri üzrə iməcilik keçirilir

10 aprel 2021 | 11:00

Xətai rayon İcra hakimiyyətinin təşəbbüsü ilə rayon  ərazisində irimiqyaslı təmizlik və abadlıq işləri üzrə iməcilik keçirilir.

Görülən işlər çərçivəsində  yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.Magistral və məhəllədaxili yollar təmizlənir, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, eyni zamanda, ərazidə olan bərk məişət tullantıları daşınır, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı, yol işarələri və dayanacaqlar təmizlənir.

Rayonun sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin,  bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eyni zamanda, idarə və müəssisələrinin əməkdaşları aparılan abadlıq və təmizlik işlərinə cəlb edilmişlər.

 

 

 

Keçidlər