Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda daha bir parkda yenidənqurma və abadlaşdırma işlərinə başlanılıb+VİDEO

04 may 2021 | 11:00

Xətai  rayonu, Məzahir Rüstəmov və Sarayev küçələrinin kəsişdiyi ərazidə yerləşən, uzun müddət baxımsız vəziyyətdə qalmış parkda əsaslı yenidənqurma və abadlıq işlərinə başlanılıb.

https://www.youtube.com/watch?v=QhGIbS1MbSM

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon  sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.

İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə bir neçə gün öncə başlanılıb. Mövcud olan yararsız oturacaq və söhbətgahlar, idman və əyləncə qurğuları sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb.

Parkda bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq  onlar üçün xüsusi guşələr yaradılacaq. Əhalinin istirahəti üçün  söhbətgahların quraşdırılması,  yeni oturacaqların qoyulması, uşaq meydançalarının salınması,  uşaq əyləncə və idman qurğuları quraşdırılması nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınınacaq, o cümlədən   müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək. 

İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

 

Keçidlər