Şriftin ölçüsü :

Saytın rəngi :

Polad Həşimov küçəsində yerləşən parkda abadlıq işləri davam edir

06 may 2021 | 11:00

Xətai  rayonu, Polad Həşimov küçəsində yerləşən parkda yenidənqurma və abadlıq işləri davam edir.

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon  sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.

İcra Hakimiyyəti tərəfindən parkda aparılan abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb,  səki daşları düzülüb.

Əhalinin istirahəti üçün  söhbətgahların quraşdırılması,  yeni oturacaqların qoyulması  nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınınacaq, o cümlədən   müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək.

İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

 

Keçidlər