Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım mərasimi keçirilib.

08 may 2021 | 11:00

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım mərasimi keçirilib.

2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə rayon İcra Hakimiyyətinin nümayəndələri qəhrəmanın yaşadığı evin qarşısındakə xatirə lövhəsi önündə onu ehtiramla yad ediblər.  Sonra  ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.

Anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Çıxışlarda İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağı, onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğu vurğulanıb.

Keçidlər