Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibətilə humanitar aksiya keçirilib

09 may 2021 | 11:00

Xətai rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə   humanitar aksiya həyata keçirilib.

Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 250-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər