Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir

10 may 2021 | 11:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə Gəncə prospekti, N.Tusi və S.Ə.Şirvani küçələrində ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.
İməcilikdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, RİH  başçısı aparatının əməkdaşları, RİHB-nin   nümayəndəlikləri,   bələdiyyələr, rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin kollektivləri, rayon xidmət idarələrinin rəhbərləri  və yerli sakinlər iştirak etmişdir.
 İməcilikdə təmizlik işləri aparılmış, əkilmiş ağacların dibləri yumuşaldılmışdır. Ümumilikdə rayon üzrə  980 ədəd müxtəlif növ   ağaclar əkilmişdir. 

Keçidlər