Şriftin ölçüsü :

Saytın rəngi :

General Şıxlinski küçəsində yeni park salınır

10 iyun 2021 | 11:00

Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən  davamlı olaraq abadlıq-quruculuq işləri  aparılır, yaşıllıq sahələri, abad məhəllələr, yeni parklar salınır. Görülən işlər çərçivəsində General Şıxlinski küçəsi 17, 19, 21 saylı ünvanların yaxınlığında yeni, müasir standartlara cavab verən  istirahət və əyləncə parkının inşasına başlanılıb.

Artıq ərazidə təmizlik işləri aparılıb, insanların rahat gediş-gəlişini təmin etmək üçün hərəkət hissələrinə səki daşlarının döşənməsinə başlanılıb.

Yeni salınan parkda  uşaq oyun-əyləncə meydançaları, oturacaq və söhbətgahlar, idman meydançası və idman qurğularının  quraşdırılması nəzərdə tutulur. Həmçinin,  yaşayış  binalarının  fasadlarının  rənglənməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi,  parkın ən müasir işıqlandırma sistemləri ilə təchiz olunması, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq  onlar üçün xüsusi guşələrin yaradılması həyata keçiriləcək. 

Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınacaq, o cümlədən   müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək.

Həmçinin, aparılan abadlıq-quruculuq işləri çərçivəsində G.Şıxlinski küçəsi boyunca avtomobil yollarının  asfaltlanması da həyata keçirilir. Hazırda asfalt örtüyünün çəkilməsi sürətlə davam etdirilir.

 

Keçidlər