Şriftin ölçüsü :

Saytın rəngi :

Polad Həşimov küçəsində yerləşən parkda yenidənqurma və abadlıq işləri yekunlaşmaq üzrədir+VİDEO

12 iyun 2021 | 11:00

Xətai  rayonu, Polad Həşimov küçəsində yerləşən parkda yenidənqurma və abadlıq işləri  yekunlaşmaq üzrədir.

https://www.facebook.com/arbxeber/videos/783821835612906

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon  sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.Park ərazisində Polad Həşimovun və ərazidə yaşayan səkkiz şəhidin xatirə lövhəsi vurulacaq.

İcra Hakimiyyəti tərəfindən parkda aparılan abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işləri görülüb, yaxınlıqdakı binaların fasadları təmir olunub və rənglənib,  həmçinin ağaclar budanıb,  səki daşları düzülüb.

Əhalinin istirahəti üçün  söhbətgahların quraşdırılması,  yeni oturacaqların qoyulması  nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınınacaq, o cümlədən   müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək.Parkın ətrafında olan küçələrdə də abadlıq işləri gedir.

İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

Keçidlər