Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş uşaqlar üçün növbəti plener baş tutdu

15 iyun 2021 | 11:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il 15 iyun tarixində saat 10:00-da “Azərbaycanım”  4-cü respublika uşaq rəsm festivalı çərçivəsində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş uşaqlar üçün növbəti plener baş tutdu.
     Pleneri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq tədbirə gələn balaca rəssamları və valideynləri salamladı. Xətai Rayon İcra Hakimiyyəti Humanitar məsələlər üzrə İcra Hakimiyyətinin müavini Pənah İmanov 15 iyun –Milli Qurtuluş gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışdı. Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəllimi Əbdül Şərif gənc rəssamlara uğurlar arzuladı. Tədbirin sonunda iştirakçılar sertifikatla təltif olundular.
     Xatırladaq ki, plenerdə - açıq havada şəkil çəkmək üçün “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən uşaqlardan başqa bir qrupu dəvət olunmuşlar.
     Nəzərinizə çatdırırıq ki, 2021-ci ildə  keçirilən tədbirlərimiz “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir.
Beləki, “Azərbaycanım” 4-cü respublika uşaq rəsm festivalı çərçivəsində keçirilən  plenerlər rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri  və şəhərimizin  qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət edir.
     Plener Xətai Sənət Mərkəzinin qarşısında keçirildi.
     Festival çərçivəsində plenerlər mütamadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

İştirakçılar:
1. Fatimə Quluzadə 01.04.2004 - 108 Saylı Orta Məktəb
2. Orucova Nigar Elmar qızı 27.01.2008 - 4 Nömrəli Uşaq İncəsənət Məktəbi
3.  Rüfət Tanrıverdiyev Ruslan 18.04.2000 - Azərbaycan Dillər Universiteti
4.  Rüstəmova Ramilə Rauf 03.11.2007 - Sumqayıt şəhər 1 Nömrəli UGİM
5.  Səma Dəmirova Amil 07.06.2006 - Maştağa Mədəniyyət Mərkəz
6.  Süleyman Mirzəmətov Ağamət oğlu 12.09.2003
7.  Tağızadə Elvira Zahid 10.09.2003 - Palitra Art
8.  Vəliyeva Səmra Anar qızı 20.10.2007 - Sumqayıt ş. 23 Nömrəli orta məktəb
9.  Vüsalə Aslanova Dəyanət 28.07.2005 - 108 Saylı tam Orta Məktəb
10.   Ziyad Qasımlı Səbuhi oğlu 24.05.2007 - Fikrət Əmirov adına 6 Nömrəli Onbirillik IM
11.  Quluzadə Surəyya – 221 nömrəli məktəb
12.  Əliyeva Məryəm 2013 -  Təsviri  Sənət Qalareyası 
13.  Qəribova Səidə - 313 nömrəli məktəb

Keçidlər