Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvani, Lütfi Zadə və Polad Həşimov küçələrində abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

17 iyun 2021 | 11:00

 Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq paytaxt Bakıda aparılan genişmiqyaslı abadlıq- quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların, abad həyətlərin yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Xətai rayonunda  aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə  minnətdarlıqlarını bildirməkdədirlər.

Hazırda S.Ə.Şirvani, Lütfi Zadə və Polad Həşimov küçələrində yenidənqurma, təmir işləri davam etdirilir. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik və  yaşıllıaşdırmaişləri aparılır, mövcud ağaclar budanır, səliqə-səhman yaradılır. Yeni səki daşları düzülür, qazon örtüyü vurulur, yaşıllıq sahələri yaradılır.

Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən  olan təkliflər nəzərə alınaraq yeni layihələr müzakirə olunur.

Keçidlər