Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Sənət Mərkəzində “Akvarel Workshop”u keçirildi.

20 iyun 2021 | 11:00

Beynəlxalq sulu boya cəmiyyəti Azərbaycan nümayəndəliyi və Xətai Sənət  Mərkəzinin təşkilatçılığı ilə 19 iyun 2021-ci il tarixində Xətai Sənət Mərkəzində “Akvarel Workshop”u keçirildi.
      Tədbirdə sulu boyaçı rəssamlar Xasay Mirzəyev, Səbinə İskəndər, Pərviz Əliyev, Natalya Kornetova, İrina Saqan, Leyla Vazehi, Novruz Allahverdiyev, Hüseyn İskəndər, həmçinin, “Artistan” gənclərdən ibarət incəsənətlə bağlı təşəbbüs qrupu və bir sıra başqa qonaqlar iştirak edirdi.

       Rəssamlar və həvəskar rəssamlar rəsm çəkməklə bərabər sulu boyanın özəllikləri haqda fikirlərini bölüşdülər.

       Nəzərinizə çatdıraq ki, tədbirin məqsədi ölkəmizdə sulu boyanın inkişafına xidmət, həmçinin, bu texnika ilə çəkilən əsərlərə marağı artırmaqdan ibarətdir.
       Tədbiri Xətai Sənət Mərkəzinin youtube kanalı https://youtu.be/hQxbUfpdeCM üzərindən izləmək olar.

Keçidlər